Modern.az

Daha bir idmançımız İslam Oyunlarında medal qazandı

Daha bir idmançımız İslam Oyunlarında medal qazandı

Aktual

15 Avqust 2022, 14:30

Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunları davam edir.


Modern.az xəbər verir ki, avqustun 15-də keçirilən ağırlıqqaldırma üzrə 102 kiloqram çəki dərəcəsində körpücük üzərinə çıxan Dadaş Dadaşbəyli birdən qaldırmada (174 kq) gümüş medal qazanıb.


Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.

V İslam Həmrəyliyi Oyunları avqustun 18-dək davam edəcək.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı