Modern.az

İngiltərə 50 ilin ən böyük tətilinə hazırlaşır

İngiltərə 50 ilin ən böyük tətilinə hazırlaşır

Aktual

21 Avqust 2022, 10:24

İngiltərədə dövlət işçilərinin bağlı olduğu həmkarlar ittifaqları müxtəlif sektorlarda son 50 ilin ən böyük tətilinə hazırlaşır.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Böyük Britaniyada illik inflyasiya 1982-ci ilin fevralından bəri ilk dəfə ikirəqəmli faizə (10,1) yüksəlib.

 

Müxtəlif sektorlardan olan dövlət işçilərinin 1970-ci illərdən indiyədək ən böyük tətilə hazırlaşdıqları açıqlanıb.

 

Əmək haqqının artırılması ilə bağlı danışıqlar həll olunmasa, xəstəxanalarda, yanğınsöndürmə məntəqələrində, məktəblərdə və nəqliyyat şəbəkəsində ixtisarlar gözlənilir. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı