Modern.az

Boşanmaq istəyən qadın əri tərəfindən bıçaqlandı

Boşanmaq istəyən qadın əri tərəfindən bıçaqlandı

Aktual

21 Avqust 2022, 23:34

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Dəmiryolu vağzalı adlanan ərazisində qeydə alınıb.

 

1990-cı ildə anadan olmuş İsmayılova Gültəkin kürək nahiyəsindən bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qadın əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

 

Qadının əri tərəfindən bıçaqlandığı bildirilir.

 

Məlumata görə, cütlük boşanmaq üçün məhkəməyə müraicət edib. Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı