Modern.az

Meymunçiçəyinə yoluxma sayı 50 mini keçdi

Meymunçiçəyinə yoluxma sayı 50 mini keçdi

Aktual

1 Sentyabr 2022, 08:13

Dünyada meymunçiçəyi xəstəliyinə yoluxanların sayı 50 min nəfəri keçib.

 

Modern.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

 

Bildirilib ki, son yeddi gündə xəstəliyə 6 mindən çox yeni yoluxma halı aşkar edilib. Ümumilikdə indiyədək 50 496 nəfər meymunçiçəyi virusuna yoluxub, 16 nəfər ölüb. 

 

Ən çox yoluxma halı ABŞ-da (17,994) qeydə alınıb. Növbəti yerlərdə İspaniya (6543), Braziliya (4693), Fransa (3547), Almaniya (3467), Böyük Britaniya (3413), Peru (1463), Kanada (1228), Niderland (1160) və Portuqaliya (846) qərarlaşıb.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!