Modern.az

Sankt-Peterburqdan Bakıya əlavə reys açılır

Sankt-Peterburqdan Bakıya əlavə reys açılır

Aktual

1 Sentyabr 2022, 08:36

Rusiyanın “Utair” aviaşirkəti sentyabrın 7-dən başlayaraq Sankt-Peterburqdan Bakıya əlavə reys həyata keçirəcək.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, aviaşirkət “Pulkovo” hava limanından Bakıya uçuşların sayını həftədə 4 dəfəyə çatdıracaq. 

 

Məlumata görə, sentyabrın 7-dən əlavə reys açılacaq.

 

Qeyd edək ki, hazırda aviaşirkət reysləri bazar ertəsi, çərşənbə, cümə axşamı və cümə günləri həyata keçirəcək.

Sizə yeni x var
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər