Modern.az

Ehtiyatsızlıqdan yanğın törətdi

Ehtiyatsızlıqdan yanğın törətdi

Aktual

1 Sentyabr 2022, 11:13

Qubada yanğın baş verib. Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı hadisənin məsuliyyətsizlikdən və ehtiyatsızlıqdan baş verdiyi müəyyən edilib.  

 

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə, rayon sakini Səxavət Mikayılov ona məxsus həyətyanı sahəsində təmizlik işləri apararkən quru otlaq sahəsini yandırıb və nəticədə alov yayılaraq 5 sot quru otlaq sahə və kol-kos yanıb.

 

Yanğın zamanı xəsarət alan olmayıb. Hadisə yerinə Quba RPŞ-nin və YMX-nin əməkdaşları cəlb olunub.


Polis əməkdaşları tərəfindən S.Mikayılovun barəsində İnzibati Xətalar Məcəlləsinin 244-1-ci (Əkin yerinin yandırılmasına görə) maddəsinə uyğun olaraq inzibati qaydada pratokol tərtib edilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı