Modern.az

Banklarda dollara təlabat artıb

Banklarda dollara təlabat artıb

Aktual

1 Sentyabr 2022, 12:50

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

 

Modern.az AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 73,5 mln. ABŞ dolları olub və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (30 avqust 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 15% artıb. Ötən hərracda tələb 63,9 mln. ABŞ dolları olub.

 

Hərracda manatın ortaçəkili məzənnəsi isə 1,7000 səviyyəsində formalaşıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər