Modern.az

Maşın 70 yaşlı qadını vurub öldürüb

Maşın 70 yaşlı qadını vurub öldürüb

Aktual

5 Sentyabr 2022, 09:34

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

 

Belə ki, 66 yaşlı Hidayət Cavanşirov "Audi" markalı avtomobili ilə Mehdiabad yolunda, təxminən, 70 yaşlı qadını vurub.

 

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı Binəqədi RPİ-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!