Modern.az

AKP sözçüsü: Erməni təxribatlarına son qoyulmalıdır

AKP sözçüsü: Erməni təxribatlarına son qoyulmalıdır

Aktual

13 Sentyabr 2022, 12:56

Ermənistanın təxribatlarına və hücumlarına son qoyulmalıdır. 

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik bildirib.

 

“Regionda sülh hər kəsin xeyrinə olacaq. Ermənistan Azərbaycanın hüquqlarına hörmətlə yanaşmalıdır. Eyni zamanda münaqişəni qızışdıran tərəflər də buna son verməlidir", - deyə AKP rəsmisi vurğulayıb.

 

Xatırladaq ki, sentyabrın 13-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif hissələrində atəşkəsi davamlı olaraq pozub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı