Modern.az

Operativ Qərargahdan COVID AÇIQLAMASI

Operativ Qərargahdan COVID AÇIQLAMASI

Aktual

13 Sentyabr 2022, 15:02

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 325 yeni yoluxma faktı qeydə alınıb, 484 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 818 263 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 806 193 nəfər müalicə olunaraq sağalıb, 9 864 nəfər vəfat edib, aktiv xəstə sayı 2 206 nəfərdir.

 

Ölkədə son sutka ərzində 3 912, hazırkı dövrədək isə 7 199 753 test aparılıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı