Modern.az

Ermənilərin hərbi hissəsi şəxsi heyətlə birlikdə məhv edilib

Ermənilərin hərbi hissəsi şəxsi heyətlə birlikdə məhv edilib

Aktual

13 Sentyabr 2022, 18:11

Ermənistan Müdafiə Nazirliyinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən hərbi hissəsi gecə saatlarında Azərbaycan Ordusunun bölmələrinin dəqiq atəş zərbəsi nəticəsində məhv edilib. 

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri yazıb.

 

Bildirilib ki, aktiv döyüş fəaliyyəti yerinə yetirən hərbi hissənin vurulması nəticəsində ölən və yaralananlar var. Məlumata görə, əraziyə təcili tibbi yardım maşınları cəlb edilməyə başanılıb.

 

Qeyd edək ki, sentyabrın 13-ü gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində düşmən tərəfi ağır itkilər verib.

 

1167795

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı