Modern.az

Fuat Oktay Əli Əsədovla DANIŞDI 

Fuat Oktay Əli Əsədovla DANIŞDI 

Aktual

13 Sentyabr 2022, 19:25

Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay sentyabrın 13-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova telefonla zəng edib.

 

Nazirlər Kabinetinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Türkiyənin Vitse-prezidenti Ermənistan–Azərbaycan sərhədində Ermənistanın törətdiyi təxribatlarla bağlı ölkəmizə dəstəyini və həmrəyliyini ifadə edib, Türkiyə xalqının hər zaman qardaş Azərbaycan xalqının yanında olduğunu bildirib.

 

F. Oktay Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçularımızın şəhid olması ilə bağlı Ə. Əsədova və Azərbaycan xalqına başsağlığı verib.

 

Baş nazir başsağlığına görə Türkiyənin Vitse-prezidentinə minnətdarlığını bildirib, Azərbaycanın hər zaman Türkiyənin qardaşlıq dəstəyini hiss etdiyini vurğulayıb. Ermənistan silahlı qüvvələrinin iki dövlətin sərhədində törətdiyi təxribatların qarşısının qətiyyətlə alındığı diqqətə çatdırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı