Modern.az

Minsk qrupu Qarabağa nə verdi?

Minsk qrupu Qarabağa nə verdi?

Aktual

13 Sentyabr 2022, 21:26

...ABŞ-ın və Fransanın ölkəmizdəki səfirləri bir neçə gün əvvəl Şuşada keçirilən beynəlxalq tədbirə  qatılmadılar. Səbəbini bilmək üçün axtarışa başladım. Soraqlaşdım bilgili adamlarla. Qarşıma elə sirli  bir şey çıxmadı. Sən demə, onları Şuşadakı tədbirdə iştirakdan yayındıran işğalçı Ermənistanın mövqeyi olub. Ardınca özünü dünya demokratiyasının ağası hesab edən ABŞ yüksək çinli nümayəndəsini Ermənistana göndərməklə sübut etdi ki,  bunları qudurdub ortaya atan həm də Amerikanın özüdür ki, var. Səlahiyyətli nümayəndə ayağını İrəvana basar-basmaz "1915-ci il soyqırımı"nı yad etmək üçün müasir faşist ideologiyasının daşıyıcısı olan erməni abidəsi üzərinə böyük gül dəstəsi qoydu və gözlərindən yaş axıtmağı da unutmadı. Qoçağım Azərbaycan neylədi? Bolluca  gileyləndi və bunu böyük siyasi hadisə səviyyəsinə qaldırdı. Gəlmədilər, lap cəhənnəmin dibinə ki gəlmədilər. Bununla düşmənə sevinmək üçün böyük imkanın yaradılmasını da gəlin etiraf edək.

 

Fürsət düşmüşkən biz də bir dəfə saymazyanalıq nümayiş etdirib onlara öz yerlərini göstərməliydik. Sual meydana çıxır: bəs neçə!? Tərzimzi, sözümüzü, mövqeyimizi məhz bu cür cür ortaya qoymalıydıq ki, heç vecimizə deyil. Ola bilsin ki, məsələyə düzgün yanaşmıram, səhvə yol verirəm. Unutmaq lazım deyil ki, Azərbaycan da daha əvvəlki deyil. Beynəlxalq aləmdə öz sözü və mövqeyi olan ölkələr sırasındayıq. Müasir Azərbaycanın əlində indi elə dinc xarekterli rıçaqlar mövcuddur ki, onları işə salmaqla ABŞ-ın özünü belə stol arxasında ciddi söhbətə çəkmək mümkündür. İyirmi birinci əsrdə yaşayırıq. Hər şey dəyişmişdir. Yeniliyə və müasirliyə doğru istiqamət alan Azərbaycanı artıq geriyə döndərmək hətta heç bir iri dövlətə müəssər olası deyil. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq tarixi inkişaf yolu keçən hər dövlət və hökumət özünə tərəfdaş axtararkən təzyiq və təsir dilində, hökmlə yox, səmimi siyasətlə münasibətlər qurmağa çalışmalıdır. Bu, Azərbaycana da aiddir. Lakin heç bir vəchlə xırdalanmağa da yol verməməliyik. Ölkəmizlə əlaqədar yürüdülən hər hansı ikiüzlü siyàsəti fakt və dəlillərin qüvvəsi ilə tam ifşa etmək imkanlarına sahib bir xalqı indi əzmək və koloniya altına çəkmək barədə düşünənlər çox böyük səhv etmiş olarlar. İnkişamızı dünya miqyasında səciyyələndirmək üçün ilk növbədə informasiya mübarizəsinə hər bir səlahiyyətlimiz hazır olmalıdır. 44 günlük Vətən müharibəsində biz bunun canlı şahidləri olduq. Prezident İlham Əliyev bu işi öz əlinə aldı və uğurla da başa çatdırdı. İndinin özündə də informasiya savaşını yüksək ağıl və müdriklə aparır.

 

Ümumiyyətlə, informatik biliyə və hazırlığa malik kadrlarımızın imkanlarından yetərincə istifadə etmirik. Bunun müxtəlif səbəbləri var. Sadəcə, qısqanclığı bir kənara qoyub onların güc və qüvvəsindən lazımi səviyyədə istifadə etməliyik. İstedadlı jurnalist qrupları yaradaraq, xarici səfirlərdən ölkələri haqda müsahibələr götürülməlidir. Vedrələr onlarda da boş deyildir...
Məgər ABŞ səfirinə belə bir sual ünvanlamaq olmazmı?!  - Cənab səfir, ölkənizdə əhalinin neçə faizi 1945-ci ildə gecənin dərin vaxtında yuxuda olan Yaponiyanın Nakasaki və Xirosima şəhərlərinə atılan atom bombasından xəbərdardır? Səfir ya sualdan qaçacaq, ya da açıqca otağı tərk edəcək. Hər iki variantda gülüşün hədəfinə çevriləcək adam amerikalı qonaq olacaq.
2013-cü ildə ABŞ-da səfərdəydim. Yüngülvari olsa da, bu tarixi faciənin üzərindən pərdəni Vaşinqtondakı gurultulu və çox qorxulu axar çayın sahilindəki "Maqdonals"da adi insanlarla söhbət zamanı götürməyə nail ola bilmədim. 

 

Başqa bir nümunə. Əgər xatırlayırsınızsa vaxtilə ermənipərəst Rusiya xarici işlər naziri Sergey Lavrova azərbaycanlı müxbirin verdiyi tərs sual onu özündən çıxardı və təzəcə işinə başlayan mətbuat konfransını yarımçıq bitirərək salonu tərk etdi. Erməni xislətli Lavrov "Lider"  televiziyasının Anar adlı müxbirini verdiyi suala görə işindən də qovdurdu. Anar televiziyanın Moskva müxbiri idi.
Gəlin, ABŞ-ın "907-ci düzəlişi"ni yada salaq.  Azərbaycana yardımın qarşısını alan bu düzəliş indiyə qədər ləğv olunmayıb. Demək ki, istədikləri vaxt hərəkətə gətirə bilərlər. 

 

Hər üç ölkə işləməyən hələ ki Minsk qrupunun həmsədrləridir. Hər üçü də Minsk qrupunu yenidən canlandırmağa ciddi-cəhdlə çalışır. Bu imkanı bir daha onlara vermək qətiyyən olmaz. Çünki son 30 ildə Qarabağda yaranmış ağır problemlərin müəllifləri bu dövlətlərdir. ABŞ və Fransanın ciddi siyasi dəstəyi, həmçinin Rusiyanın 366-cı motoatıcı polkunun silahlı müdaxiləsi ilə Xocalı şəhərində 600-dən çox azərbaycanlı qətlə yetirildi. Vəhşilər 10-a yaxın hamilə qadının qarnını xəncərlə yarıb körpə uşağı çıxararaq diri-diri başlarını kəsmişdilər. Hitler faşizmi də heç belə qatilliyə yol verməyib.

 

Müharibələrin tarixində belə alçaqlığın olmasını yad etmirəm. İndi Xocalı əsırlikdədir. Azad ediləcəkdir bu qədim Azərbaycan şəhəri!!! Bir həqiqəti deməyə bilmirəm. ABŞ və Fransa, hətta Qərbin digər ölkələri də daxil Azərbaycana qarşı eyni mövqeni bölüşməklə işğalçı və irticaçı Ermənistan qarşısında götürdükləri öhdəlikləri yerinə yetirmiş olurlar. Öhdəliyin baş tezisi isə belədir: dini faktor hər zaman, hər dəqiqə gündəlikdədir.
Qeyd etdiyim kimi, Azərbaycan daha əvvəlki Azərbaycan deyil.  Artıq beynəlxalq aləmdə öz sözü və mövqeyi olan  ölkələr sırasındayıq.  Müasir Azərbaycanın əlində indi elə dinc xarekterli rıçaqlar mövcuddur ki, onları işə salmaqla lap ABŞ-ın özünü stol arxasında ciddi söhbətə çəkmək mümkündür. Onları başa salmalıyıq ki, böyük siyasi tarixi olan dövlətlərinizi apardığınız bacarıqsız metodlarla pis vəziyyətə qoyursunuz. Bu mənada Azərbaycan nə etməlidir?  İlk növbədə, informasiya mübarizəsini apara biləcək qüvvələri və  mənbələri tapıb üzə çıxarmalıyıq. Bunlar var, heç harda da  gizlənməyiblər. Sadəcə, qısqanclığı bir kənara qoyub  ağıl və dərin təhlilə qadir olan təbliğatçılarımıza, informasiya daşıyıcılarına maneçilik törətmədən geniş imkanlar yaradılmalıdır.

Qarabağda son 30 ildə yaranmış ağır problemlərin müəllifləri məhz bu dövlətlərdir. Onlar Minsk qrupunun həmsədrləri olaraq vəziyyəti gərginləşdirməyə, hadisələrin ermənilərin xeyrinə dəyişməsinə həmişə çalışıblar.  Halbuki, Azərbaycanın bütün iqtisadi əməkdaşlıq planlarının və əlaqələrinin yaranış kökü və təməl prinsipləri Qərblə, ABŞ-la bağlı olmuşdur. Qarabağ probleminin ədalətli həlli məsələsində Fransanın mövqeyi bəllidir, bəs ABŞ!? Təəssüf ki, hər üçü də Minsk qrupunun həmsədrləri qismində işğalçı Ermənistanla bir yerdədirlər. Və indiyəcən problemin həll olunmamasının yeganə səbəbkarı da onlardır!!!

 

Eldar Sabiroğlu,
sabiq millət vəkili, Silahlı Qüvvələrin
ehtiyatda olan polkovniki

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı