Modern.az

Ən gənc ŞƏHİDİMİZ - Bir oğlu yadigar qaldı...

Ən gənc ŞƏHİDİMİZ - Bir oğlu yadigar qaldı...

Aktual

14 Sentyabr 2022, 12:18

Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların siyahısını yayımlayıb. 

 

Modern.az xəbər verir ki, şəhid hərbi qulluqçularımız arasında ən gəncinin 18 yaşı var. 

 

O, əsgər Hәsәnov İbrahim Şöhrәt oğludur. İbrahim 18 yanvar 2004-cü il təvəllüdlüdür.

 

Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş hərbçimiz Suraxanı rayonu, Bülbülə qəsəbə sakini olub.

 

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatından saytımıza bildirilib ki, İbrahim ailəli olub və bir oğlu yadigar qalıb.  

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin! 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı