Modern.az

Şəhid Saleh Qurbanov Xızıda dəfn olundu - Tabutu üzərindəki bayraq azyaşlı oğluna verildi

Şəhid Saleh Qurbanov Xızıda dəfn olundu - Tabutu üzərindəki bayraq azyaşlı oğluna verildi

Aktual

14 Sentyabr 2022, 13:48

Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalan kapitan Saleh Möhübbət oğlu Qurbanov sentyabrın 14-də Xızıda torpağa tapşırılıb.

 

Modern.az xəbər verir ki, qəhrəman döyüşçü doğulub boya-başa çatdığı Giləzi qəsəbəsində dəfn olunub.

 

Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Xızı Rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

 

Dəfn mərasimində çıxış edənlər Saleh Qurbanovun şərəfli həyat və döyüş yolundan danışıb, şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıblar. Düşmən təxribatının qarşısı qətiyyətlə alınıb, canlı qüvvəsi, hərbi texnika və infrastrukturu məhv edilib.

 

32 yaşlı Saleh Qurbanov ailəli idi. Bir övladı Vətənə əmanət qalıb.

 

Şəhidin cənazəsi Giləzi qəsəbə kənd qəbiristanlığında torpağa tapşırılıb, məzarı üstünə əklil və tər qərənfillər qoyulub. Tabut üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı şəhidin azyaşlı oğluna təqdim edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı