Modern.az

Sərhəd kəndlərindən 2750-yə yaxın erməni köçürülüb

Sərhəd kəndlərindən 2750-yə yaxın erməni köçürülüb

Aktual

14 Sentyabr 2022, 15:24

Ermənistanın Azərbaycanla sərhəddə yerləşən kəndlərindən 2750-yə yaxın sakin çıxarılıb.
 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan ombudsmanı Kristina Qriqoryanın bəyanatı yayılıb.


Qeyd edilib ki, Geqarkunik rayonunun Sotk, Norabak, Kut, Azat, Airk, Tretuk, Kutakavan, Çakaten, Şikahoq qəsəbələrindən azı 2750 nəfər çıxarılıb. 

Xatırladaq ki, Azərbaycan tərəfi dəfələrlə mülki vətəndaşlara atəş açmadığını bəyan edib. Ermənistan isə dünyaya dezinformasiya yaymağa cəhd edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?