Modern.az

Roma Papası hamını sülh üçün dua etməyə çağırdı

Roma Papası hamını sülh üçün dua etməyə çağırdı

Aktual

14 Sentyabr 2022, 17:10

Roma Papası Fransisk Azərbaycan və Ermənistan arasında gərginliyin sülh yolu ilə tənzimlənməsi üçün hər kəsi dua etməyə çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Roma Papası Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən mərasimdə danışıb.

 

"Narahatlıqla öyrəndim ki, Qafqaz regionunda yeni gərginlik ocaqları alovlanıb. Hər kəsi sülh üçün dua etməyə çağırıram. Dua edək ki, razılaşma fitnədən üstün olsun", - Papa deyib.

 

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 13-ü gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı