“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən keçirilməsi planlaşdırılan bir sıra tədbirlər ləğv edilib.
Modern.az xəbər verir ki, bu barədə İdarədən məlumat yayılıb.
İdarə buna səbəb kimi sentyabrın 12-də gecə saatlarından etibarən Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində genişmiqyaslı təxribat törətməsini və nəticədə Azərbaycan Silahlı Qüvvələri sırasından şəhidlərin olmasını göstərib.