Modern.az

Türkiyə ombudsmanı başsağlığı verdi

Türkiyə ombudsmanı başsağlığı verdi

Aktual

14 Sentyabr 2022, 18:42

Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoç Azərbaycan Respubikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya zəng edib.

 

Ombudsman Aparatından Modern.az-a verilən məlumata görə, telefon danışığı zamanı Ş.Malkoç azərbaycanlı həmkarına ötən gün Ermənistanın təxribatlarının qarşısı alınarkən hərbi qulluqçularımızın şəhid olması ilə əlaqədar başsağlığı verib.

 

O, şəhidlərə rəhmət diləyərək, yaralıların tezliklə şəfa tapmasını arzulayıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı