Modern.az

Erməni əsgərin meyiti TAPILDI

Erməni əsgərin meyiti TAPILDI

Aktual

15 Sentyabr 2022, 06:20

Ermənistanın Sünik rayonunun Noravan kəndi yaxınlığında yerləşən sərhəd müşahidə məntəqəsində əsgər meyiti tapılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, Sünik Regional Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Noravan kəndi yaxınlığında yanğın baş verməsi barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin rayon Fövqəladə Hallar və Təbii Sərvətlər Nazirliyinin Dövlət Yanğından Mühafizə Bölməsi hadisə yerinə yollanıb.

 

Ərazidə yanğınsöndürənlər və xilasedicilər tərəfindən əsgərin meyiti aşkarlanıb. Onun hansı şəraitdə öldüyü məlum deyil.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı