Modern.az

BMT yenidən sərhəddəki vəziyyəti müzakirə edir

BMT yenidən sərhəddəki vəziyyəti müzakirə edir

Aktual

15 Sentyabr 2022, 07:23

BMT Təhlükəsizlik Şurası sentyabrın 15-də Azərbaycan və Ermənistan sərhədindəki vəziyyəti müzakirə etmək üçün yenidən toplaşacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının çərşənbə günü dərc olunmuş iş proqramında qeyd olunub.

 

Məlumata görə, çərşənbə günü sərhəddəki vəziyyət Şuranın qapalı məsləhətləşmələrində müzakirə edilib, cümə axşamı isə müzakirələr açıq rejimdə keçiriləcək.

 

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı