Modern.az

Ukraynalı müğənni ermənilərə dəstək oldu - Bakı konserti ləğv edildi

Ukraynalı müğənni ermənilərə dəstək oldu - Bakı konserti ləğv edildi

Aktual

15 Sentyabr 2022, 09:44

Ukraynalı müğənni Maks Barskix ermənilərə dəstək olub.

 

Modern.az xəbər verir ki, bu barədə o, instaqram hesabında paylaşım edib.

 

Bundan sonra sosial şəbəkələrin Azərbaycan seqmentində müğənninin dekabrın 10-da Bakıda keçirilməsi planlaşdırılan konsertinin ləğvi tələbi ilə çağırışlar edilib.

 

Məlumata görə, çağırışlar fonunda Maks Barskixin konsertinə bilet satışını həyata keçirən iTicket.az şirkəti satışı dayandırıb.

 

Şirkətdən “Qafqazinfo”ya konsertin ləğv olunduğu açıqlanıb.

 

Qeyd edək ki, Bakı Konqres Mərkəzində keçiriləcəyi gözlənilən konsertə biletlərin qiyməti 40-230 AZN arası idi.

 




Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı