Modern.az

Bərdə sakini külli miqdarda narkotiklə tutuldu

Bərdə sakini külli miqdarda narkotiklə tutuldu

Aktual

15 Sentyabr 2022, 10:17

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakinindən marixuana və çətənə bitkiləri aşkar edilərək götürülüb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Firdovsi Cəfərov saxlanılıb.

 

Onun yaşadığı ünvana baxış keçirilən zaman oradan 6 kiloqram 583 qram marixuana və çəkisi 3 kiloqram 200 qram olan çətənə bitkiləri aşkar edilərək götürülüb.

 

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə F.Cəfərov barəsində həbs qətimkan tədbiri seçilib.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...