Anna Vardapetyan Ermənistan Respublikasının yeni baş prokuroru kimi bu gündən vəzifəsini icrasına başlayıb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-lərində məlumat yayılıb.
Qeyd olunub ki, baş nazir Nikol Paşinyan sentyabrın 14-də Vardapetyanı baş nazirin köməkçisi vəzifəsindən azad edib.
Xatırladaq ki, parlamentin iyunun 29-da keçirilən növbədənkənar sessiyasında baş nazirin köməkçisi Anna Vardapetyan Ermənistanın baş prokuroru vəzifəsinə seçilib.