“Biz doğma qardaşıq, bir millət, iki dövlətik”.
Modern.az xəbər verir ki, bu, Türkiyənin Milli Müdafiə Nazirliyinin Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatlarla bağlı yaydığı paylaşımda bildirilib.
“Bakının düşmən işğalından azad olunmasının 104-cü ildönümünü qeyd etdiyimiz bu xüsusi gündə Ermənistanın təcavüzkar və təxribatçı hərəkətlərinə güclü şəkildə duruş gətirən Qəhrəman Azərbaycan Ordusunu və nəcib Azərbaycan türk qardaşlarımızı salamalayırıq!”, - nazirlikdən qeyd olunub.
Bizler özbeöz kardeş; iki devlet, tek milletiz! Bakü’nün düşman işgalinden kurtuluşunu kutladığımız bu özel günde, Ermenistan’ın saldırgan ve provokatif eylemlerine güçlü şekilde karşı duran Kahraman #Azerbaycan Ordusunu ve asil Azerbaycan Türkü kardeşlerimizi selamlıyoruz! pic.twitter.com/2NdRKiuVnh
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) September 15, 2022