Modern.az

Ərdoğan Özbəkistana yola düşdü

Ərdoğan Özbəkistana yola düşdü

Aktual

15 Sentyabr 2022, 12:36

Sentyabrın 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Özbəkistana yola düşüb.

 

Modern.az xəbər verir ki, Türkiyə Prezidenti Şanxay Əməkdaşlıq Təşkilatının 22-ci Dövlət Başçıları Sammitində iştirak edəcək. Prezident Ərdoğanın sentyabrın 16-da keçiriləcək Zirvə toplantısında çıxışı gözlənilir.

 

Səfər iki gün davam edəcək.

 

Qeyd edək ki, 2012-ci ildən bu yana Şanxay Əməkdaşlıq Təşkilatında “Dialoq tərəfdaşı” statusunu alan Türkiyə ilk dəfə prezident səviyyəsində Zirvə toplantılarında iştirak edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı