Çinin Hunan əyalətinin paytaxtı Çanşa şəhərində “China Telecom” şirkətinin ofisinin yerləşdiyi 42 mərtəbəli binada güclü yanğın olub.
Modern.az xəbər verir ki, yanğın 218 metr hündürlüyü olan binanın onlarla mərtəbəsini bürüyüb.
Yanğınsöndürənlər alovun qarşısını qısa müddətdə almağa müvəffəq olub. Hadisə zamanı heç kimin xəsarət almadığı deyilir.
Yanğınla mübarizəyə 36 yanğınsöndürən maşın və 280 mütəxəssis cəlb olunub.
Qeyd edək ki, yanğının baş verdiyi göydələn 2000-ci ildə tikilib və Çanşa şəhərində hündürlüyü 200 metri ötən ilk bina olub.