Modern.az

Şuşadakı abidələrlə bağlı yeni qaydalar təsdiqləndi

Şuşadakı abidələrlə bağlı yeni qaydalar təsdiqləndi

Aktual

16 Sentyabr 2022, 19:39

“Şuşa şəhəri ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin monitorinqinin keçirilməsi Qaydası” təsdiqlənib.

 

Modern.az xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.

 

Qərar “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanununun tətbiqi barədə” fərmanın icrasının təmin olunması məqsədilə qəbul edilib.

 

Bu qərarla təsdiq edilmiş müqavilə forması ilə Şuşa şəhərinin ərazisində mülkiyyətində, istifadəsində və icarəsində abidələrin olduğu fiziki və hüquqi şəxslərlə abidələrin qorunması məqsədilə bağlanılan mühafizə müqaviləsinin şərtləri və müqavilənin şərtlərinə əməl olunmadığı təqdirdə görüləcək tədbirlər müəyyən edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı