Modern.az

Maksim Qalkin xarici agent elan olundu

Maksim Qalkin xarici agent elan olundu

Aktual

16 Sentyabr 2022, 23:50

Rusiyanın Ədliyyə Nazirliyi məşhur teleaparıcı və aktyor Maksim Qalkini xarici agent elan edib.

 

Modern.az xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytında məlumat yer alıb.

 

İddia olunur ki, Qalkin Ukraynadan maliyyə alaraq siyasi fəaliyyətlə məşğul olur. Sənətçi hazırda xaricdə yaşayır.

 

Qeyd edək ki, Maksim Qalkin Rusiyanın Ukraynada apardığı müharibənin əleyhinədir. O, Ukraynanın dinc şəhərlərinin Kremlin göstərişi ilə bombalandığını bildirib.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...