Modern.az

Şəhid olan hərbçilərin beşi futbolçu imiş

Şəhid olan hərbçilərin beşi futbolçu imiş

Aktual

16 Sentyabr 2022, 23:57

Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olan 5 hərbi qulluqçumuz futbolçu olub.

 

Modern.ax xəbər verir ki, Qədim Xəlilov, Elvin Abdullayev, İbrahim Həsənov, Nicat Qarazadə və Elmir Hüseynov müxtəlif vaxtlarda AFFA-nın təşkil etdiyi liqaların və turnirlərin iştirakçısı olublar.

 

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...