Modern.az

Serbiya Azərbaycandan elektrik enerjisi alacaq

Serbiya Azərbaycandan elektrik enerjisi alacaq

Aktual

17 Sentyabr 2022, 00:57

Serbiya Azərbaycandan elektrik enerjisi idxal etməyi nəzərdə tutur.

 

Modern.az xəbər verir ki, bunu Serbiyanın Baş nazirinin müavini – energetika və mədənçilik sənayesi naziri Zorana Mixayloviç deyib.

 

Nazir bildirib ki, Serbiyanın “Elektroprivreda Srbije” (EPS) dövlət enerji şirkəti Azərbaycandan 2600 meqavat/saat elektrik enerjisinin alınması ilə bağlı razılığa gəlib.

 

Z.Mixayloviç hazırda rəsmi Belqradın həmin elektrik enerjisinin nəqli üçün Türkiyə ilə danışıqlar apardığını qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...