Modern.az

ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq edəcək

ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq edəcək

Aktual

17 Sentyabr 2022, 09:47

Amerika Birləşmiş Ştatları Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsi və onların daha ​​effektiv olması üçün müvafiq addımlar atılacağını istisna etmir.

Modern.az xəbər verir ki, bunu Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.


“Biz sanksiyaların prezident Vladimir Putinə və onun iqtisadiyyatına istənilən təsirə malik olduğundan əminlik üçün müvafiq tədbirlərə əl atacağıq”, - deyə  Kirbi bildirib. Onun sözlərinə görə, ABŞ əlavə sanksiyalar tətbiq etmək və sanksiyalar rejimini dəyişdirmək imkanını heç vaxt istisna etmir.

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi daha əvvəl demişdi ki, Ukraynada müharibə aparan Rusiyanı əziyyətə salacaq sanksiyalar lazımdır. O, həmçinin Rusiyanın dondurulmuş aktivlərindən məhrum edilməsini və onları Ukraynanın bərpasına yönəltməyi zəruri hesab edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı