Modern.az

Rusiyanın Ukraynadakı hərbi itkiləri artır - 54250 nəfər

Rusiyanın Ukraynadakı hərbi itkiləri artır - 54250 nəfər

Aktual

17 Sentyabr 2022, 15:04

Son sutka ərzində Ukrayna hərbçiləri daha 200 rusiyalı işğalçını məhv edib.


Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
 

Qeyd olunur ki, fevralın 24-dən sentyabrın 17-dək rusların ümumi döyüş itkiləri təqribən 54250 nəfər təşkil edir.


Bundan əlavə, həmin müddət ərzində rusların 2202 (gündə 3) tankı məhv edilib.


Digər itkilər aşağıdakı kimi ümumiləşdirilib:
 

4701 zirehli döyüş maşını,

1306 artilleriya sistemi,

312 raket sistemi,

168 hava hücumundan müdafiə sistemi,

251 təyyarə,
216 helikopter,

911 dron,

236 qanadlı raket,

15 gəmi/qayıq,

3 min 571 avtomobil texnikası və tanker,
121 ədəd xüsusi texnika.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı