Modern.az

Yerüstü yayım həyata keçirən dövlət orqanlarının siyahısı TƏSDİQLƏNİB

Yerüstü yayım həyata keçirən dövlət orqanlarının siyahısı TƏSDİQLƏNİB

Aktual

17 Sentyabr 2022, 16:03

Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının siyahısı təsdiqlənib.

 

Modern.az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

 

Fərmana əsasən, həmin dövlət orqanları aşağıdakılardır:

 

1. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “AzTV” televiziya yayımçısı.

 

2. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “İdman TV” televiziya yayımçısı.

 

3. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “Mədəniyyət TV” televiziya yayımçısı.

 

4. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “Azərbaycan Radiosu” radio yayımçısı.

 

5. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyət – “ASAN Radio” radio yayımçısı.

 

6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyət – “Avto FM” radio yayımçısı.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...