Modern.az

“Bir metr torpaqdan da imtina etməyəcəyik” - Prezident xalqa müraciət etdi

“Bir metr torpaqdan da imtina etməyəcəyik” - Prezident xalqa müraciət etdi

Aktual

17 Sentyabr 2022, 16:49

Qırğızıstan-Tacikistan sərhədinin demarkasiyası gündəmdədir.  


Modern.az xəbər verir ki, bunu Qırğızıstan prezidenti Sadır Jarapov bildirib.
 

Sadır Japarov Batken bölgəsində Tacikistanla davam edən münaqişədən təəssüfləndiyini bildirib.


Dövlət başçısı yaranmış vəziyyətlə əlaqədar Qırğızıstan xalqına müraciət edib.
 

"Qırğızıstan-Tacikistan sərhədində baş verən silahlı qarşıdurmada soydaşlarımız həlak olub. Sərhəddə həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm. Onlar müqəddəs borcunu, yəni Vətəni qorumaqdan ibarət olan vəzifələrini yerinə yetirərkən həlak olublar.
Onların ailələrinin tam təmin olunacağına söz verirəm. Təəssüf ki, silahlı münaqişələr qurbansız deyil. Sərhədçilərimizə göstərdikləri şücaətə, düşmənə layiqli cavab verdiklərinə görə minnətdarlığımı bildirirəm. Onlar basqınlara mətanətlə sinə gərdilər. İnanıram ki, belə adamlar olanda Qırğızıstanın bütövlüyü qorunacaq. Sərhəddə bir metr torpaqdan da imtina etməyəcəyik”.


Sadır Japarov qeyd edib ki, Tacikistan tərəfdən də itkilər var. Qırğızıstan rəhbəri həmçinin xatırladıb ki, müxtəlif vaxtlarda sərhəd mübahisələri səbəbindən itkilər qaçılmaz olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı