Modern.az

Türkiyədə oğul anasını girov götürdü

Türkiyədə oğul anasını girov götürdü

Aktual

18 Sentyabr 2022, 09:00

Türkiyədə oğul anasını girov götürüb.

 

Modern.az qardaş ölkə mediasına istinadən xəbər verir ki, hadisə İstanbulun Şişli səmtində baş verib.

 

Oğul əvvəlcə anasını bıçaqla hədələyib, daha sonra evə qapadıb. O, yaşlı qadının evdən çıxmasına icazə verməyib.

 

Anasını girov götürən şəxsin psixoloji problemlərinin olduğu bildirilir.

 

Hadisə yerinə polis gəlib və yaşlı qadın övladının girovluğundan azad edilib.

 

Turan

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!