Modern.az

"Qarabağ" "Zirə"ni sınağa çəkəcək

Aktual

18 Sentyabr 2022, 10:00

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura yekun vurulacaq.

 

Modern.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçiriləcək.

 

İlk matçda “Kəpəz” Qəbələdə “Şamaxı”nı qəbul edəcək. Günün sonuncu görüşündə “Qarabağ” “Zirə”nin qonağı olacaq.

 

Azərbaycan Premyer Liqası

VII tur

18 sentyabr (bazar)

 

18:00. “Kəpəz” – “Şamaxı”

 

Hakimlər: Nicat İsmayıllı, Müslüm Əliyev, Rəhman İmami, Rəvan Həmzəzadə

Hakim-inspektor: Babək Quliyev

Qəbələ şəhər stadionu

 

20:30. “Zirə” – “Qarabağ”

 

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Əli Əliyev

Hakim-inspektor: Anar Salmanov

Zirə İdman Kompleksinin stadionu

 

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sabah" evdə "Turan Tovuz"u 3:1, "Qəbələ" "Sumqayıt"ı 1:0, "Neftçi" isə səfərdə "Səbail"i 2:0 hesabı ilə məğlub edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı