Modern.az

Fəlakət qurbanlarının sayı artdı

Fəlakət qurbanlarının sayı artdı

Aktual

18 Sentyabr 2022, 10:26

Pakistanda davam edən güclü yağışlar nəticəsində 552 uşaq ölüb.

 

Modern.az xəbər verir ki, ümumilikdə təbii fəlakət nəticəsində 315-i qadın olmaqla 1545 nəfər həyatını itirib, 12 min 850 nəfər isə yaralanıb.

 

Güclü yağışlar zamanı 1 milyon 921 min 622 evə ziyan dəyib, onlardan 765 min 162-si tamamilə dağılıb.

 

Bundan əlavə, 12 min 735 kilometr yol zədələnib, 375 körpü dağılıb, 935 mindən çox ev heyvanı tələf olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!