Qırğızıstan tərəfi Tacikistanla sərhəddə baş verən qarşıdurma zamanı ölənlərin yeni sayını açıqlayıb.
Modern.az xəbər verir ki, Batken vilayətində qurbanların sayı 24-dən 37-yə yüksəlib.
Ölkənin Səhiyyə Nazirliyindən verilən məlumatda 129 nəfərin yaralandığı bildirilib. Qeyd olunub ki, onlardan 7 nəfəri ambulator müalicəyə göndərilib.