Sentyabrın əvvəlində Çinin Hebey vilayətində dəmir filizi şaxtasını su basması nəticəsində 14 nəfər həlak olub, bir nəfər isə itkin düşüb.
Modern.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Məlumata əsasən, hadisə sentyabrın 2-də Tanşan şəhər dairəsinin "Taoşuyuy" mədənində baş verib. Faktla bağlı araşdırma davam edir.