Modern.az

Daha 3 güləşçimiz medal qazana bilər

Daha 3 güləşçimiz medal qazana bilər

Aktual

18 Sentyabr 2022, 11:15

Azərbaycanın daha üç sərbəst güləşçisi bu gün Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında bürünc medal qazana bilər.

 

Modern.az-ın məlumatına görə, yarışın sonuncu günündə 61 kq çəki dərəcəsində çıxış edən İslam Bazarqanov təsəlliverici görüşdə Beşir Alili (Şimali Makedoniya) ilə, 97 kq-dakı Maqomedxan Maqomedov Zbiqniev Baranovski (Polşa) ilə üz-üzə gələcək.

 

Axşam saatlarında isə 65 kq-dakı 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev bürünc medal uğrunda qarşılaşmaya çıxacaq. Təcrübəli pəhləvanın rəqibi təsəlliverici görüşlərdən sonra bəlli olacaq.

 

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medala sahib çıxıb.

 

Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı