Modern.az

Çində dəhşətli qəza: 27 nəfər öldü

Çində dəhşətli qəza: 27 nəfər öldü

Aktual

18 Sentyabr 2022, 11:55

Çində avtobus qəzası onlarla can alıb.

 

Modern.az xəbər verir ki, hadisə ölkənin cənubundakı Quyçjou əyalətində baş verib.

 

Məlumata görə, sərnişin avtobusunun aşması nəticəsində azı 27 nəfər ölüb, 20 nəfər yaralanıb. Hadisə səhər saatlarında Quiyan şəhərindən Libo qraflığına gedən magistral yolda qeydə alınıb.

 

Hadisə yerinə təcili tibbi yardım avtomobilləri cəlb edilib və yaralılar xəstəxanaya aparılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı