Modern.az

Mutussami: Qarabağla oyunda bizi döydülər

Mutussami: “Qarabağ”la oyunda bizi döydülər

Aktual

18 Sentyabr 2022, 12:25

"İlk yarıda yaxşı vəziyyətdə idik. Amma sonradan pilləkəndən aşağı endik və bizi döydülər".

 

Modern.az-ın məlumatına görə, bunu Fransanın "Nant" komandasının futbolçusu Samuel Mutussami "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin II tur matçı barədə klubun rəsmi saytına müsahibəsində deyib.

 

26 yaşlı yarımmüdafiəçi ikinci yarıda rəqibdən daha zəif oynadıqlarını etiraf edib: "Oyunun intensivliyinə görə "Qarabağ" daha cəlbedici idi".

 

Qeyd edək ki, Azərbaycan təmsilçisi qrupda növbəti oyununu oktyabrın 6-da Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcək.

(Report)

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı