Modern.az

Tayvanda şiddətli zəlzələ: ölənlər var- YENİLƏNİB

Tayvanda şiddətli zəlzələ: ölənlər var- YENİLƏNİB

Aktual

18 Sentyabr 2022, 23:21

Tayvanın şərqində baş verən zəlzələ nəticəsində ölən və yaralananlar var.

 

Modern.az xəbər verir ki, zəlzələ nəticəsində azı bir nəfər ölüb, 79 nəfər yaralanıb.

 

Təkanlar körpülərə, yollara, binalara və infrastruktura ciddi ziyan vurub.

 

***

Tayvan adasının şərqindəki Hualien rayonunda 6,9 bal gücündə zəlzələ olub.

 

Modern.az xəbər verir ki, bu barədə Çinin Seysmologiya Mərkəzi məlumat yayıb.

 

Yeraltı təkanlar Bakı vaxtilə saat 10:44-də qeydə alınıb. Zəlzələ ocağı yer səthindən 10 kilometr dərinlikdə olub.

 

Hələlik dağıntı və tələfat haqqında məlumat yoxdur.

 

***

Tayvanda baş vermiş zəlzələnin amplitudası 7,2 olub.

 

Modern.az xəbər verir ki, bu barədə Yaponiya Seysmoloji Bürosu məlumat yayıb.

 

Bildirilib ki, ölkənin cənubunda baş verən zəlzələ paytaxt Taybeydəki bütün binaları silkələyib. Bir neçə dəqiqə ərzində sunami xəbərdarlığı edilib.

 

Qeyd edək ki, sentyabrın 17-də Tayvan adasının şərqindəki Taytunq rayonunda 6,5 bal gücündə zəlzələ baş verib. Təkanlar Çinin materik hissəsindəki Fucien, Quandon və Cıcian vilayətlərində də hiss olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı