Modern.az

Salyanda qəza ölümlə nəticələndi

Salyanda qəza ölümlə nəticələndi

Aktual

18 Sentyabr 2022, 12:51

Salyanda ölümlə nəticələnən yol qəzası baş verib.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, rayon ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar FHN-nin Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

 

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı yük avtomobilinin qoşqusunun altında 1 nəfər sıxılmış vəziyyətdə qalıb.

 

Həyata keçirilən tədbirlər nəticəsində qoşqunun altından 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı