Modern.az

Bayden II Elizabetin dəfninə getdi

Bayden II Elizabetin dəfninə getdi

Aktual

18 Sentyabr 2022, 13:45

ABŞ Prezidenti Cozef Bayden Kraliça II Elizabetin dəfn mərasimində iştirak etmək üçün Böyük Britaniyaya gedib.

 

Modern.az xəbər verir ki, Baydeni Londonun hava limanında ABŞ səfiri Ceyn Hartli qarşılayıb.

 

O, Londona səfəri zamanı Kraliça II Elizabetin vəfatı ilə bağlı rəsmi başsağlığı kitabını imzalayacaq və Kral III Karlın ev sahibliyi ilə Bukingem sarayında keçiriləcək ziyafətdə iştirak edəcək.

 

Bundan başqa, ABŞ prezidenti birinci xanım Cil Baydenlə birlikdə Kraliçanın Vestminster abbatlığında dəfn mərasiminə qatılacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...