Modern.az

İtaliyada ciddi böhran: Rusiya qazı kəsilsə...

İtaliyada ciddi böhran: Rusiya qazı kəsilsə...

Aktual

18 Sentyabr 2022, 14:16

İtaliya qaz böhranı ilə üz-üzə qalıb.

 

Modern.az xəbər verir ki, İtaliyada 6,4 milyard kubmetr qaz çatışmazlığı riski yaranıb.

 

Məlumata görə, cari ilin oktyabr ayından Rusiya qazının tədarükü tam dayandırılacağı təqdirdə böhran daha da böyüyəcək. Üstəlik, alternativ tədarük və ehtiyatların təşkili nəzərə alınarsa, İtaliyada istehlak səviyyəsindən təxminən 8%, yəni 6,4 milyard kubmetr qaz çatışmazlığı yaranacaq.

 

Mütəxəssislərin fikrincə, bu, iqtisadi artımın azalmasına və 600 minə yaxın iş yerinin itirilməsinə səbəb olacaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı