İran Prezidenti İbrahim Rəisi BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə yola düşüb.
Modern.az xəbər verir ki, Rəisi Assambleyada çıxış edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.
Ötən həftə parlamentdə çıxış edən prezident İbrahim Rəisi deputatların suallarına cavab verərək bildirib ki, BMT-nin sessiyası çərçivəsində ABŞ Prezidenti ilə görüşmək imkanı olarsa, bundan imtina edəcək.
Rəisi qeyd edib ki, prezident Cozef Bayden ilə görüşməyin heç bir mənası yoxdur. Çünki Bayden də keçmiş Prezident Donald Tramp kimi sözünün üstündə durmur.