Modern.az

İrəvanda ABŞ bayraqları ilə Rusiyaya qarşı etirazlar - VİDEO

İrəvanda ABŞ bayraqları ilə Rusiyaya qarşı etirazlar - VİDEO

Aktual

18 Sentyabr 2022, 15:08

Ermənistanın paytaxtı İrəvanda Amerika bayraqları ilə Rusiya əleyhinə aksiya başlayıb.


Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

 

Rusiya əleyhinə şüarlar səsləndirən aksiya iştirakçıları Ermənistanın KTMT-dən çıxmasını tələb edirlər. 


Xatırladaq ki, Ermənistan Azərbaycanla sərhəddə baş verən son hadisələrlə əlaqədar KTMT-yə müraciət etsə də, istədiyi cavabı almayıb.

 

Qeyd edək ki, hazırda təşkilatın sədri Ermənistanın baş naziri Nikol Paşinyandır.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı