Modern.az

Tacikistanla toqquşmada ölən qırğızların sayı 60-a çatıb - YENİLƏNİB

Tacikistanla toqquşmada ölən qırğızların sayı 60-a çatıb - YENİLƏNİB

Aktual

18 Sentyabr 2022, 23:41

Tacikistanla toqquşma nəticəsində Qırğızıstanda həlak olanların sayı 59 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi məlumat yayıb. Həlak onlar arasında həm hərbçilər, həm də mülki şəxslər var. Ümumilikdə 140 nəfər yaralanıb.

 

Qeyd edək ki, sentyabrın 17-dən Qırğızıstanın Batken vilayətində fövqəladə vəziyyət rejimi tətbiq edilib.

 

***

17:22

Qırğızıstan-Tacikistan sərhədində baş verən silahlı toqquşmalar zamanı ölənlərin sayı 46 nəfərə çatıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

 

Qeyd edilib ki, silahlı toqquşmalar zamanı 140 nəfər yaralanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı